“Fəaliyyətimizi bərpa edəcəyik” - Bağlanan universitetin prorektoru
Fəaliyyətinin dayandırılması üçün Təhsil Nazirliyinə müraciət etmiş Bakı Asiya Universiteti bağlanma səbəbini açıqlayıb.
Universitetin prorektoru Rəhilə Nağıyeva Trend-ə bildirib ki, bağlanmanın əsas səsəbi tələbələrin sayının çox az olması olub: “Buna görə də çətinlik çəkirdik. Qruplar kiçik idi, Boloniya sistemi ilə ayaqlaşmaq mümkün olmurdu. Bəzi problemlər oldu, nə tələbələr, nə də biz əziyyət çəkməyək deyə bu qərara gəldik”.
R.Nağıyeva deyib ki, universitet gələn tədris ilindən fəaliyyətini yenidən bərpa etməyi nəzərdə tutur: “Gələn ildən özəl və dövlət ali məktəblərinə ödənişli təhsil alan tələbələr üçün plan yeri ayrılmayacaq. Kim nə qədər oxuda bilərsə, o qədər də tələbə qəbul edəcək. Ona görə də biz gələn ildən fəaliyyətimizi bərpa edəcəyik”.
Qeyd edək ki, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.