23 yaşlı müğənni Selena Qomez yeni albomu “Revival”ın üz qabığı üçün kamera qarşısına keçib. İfaçı İnstaqram səhifəsində albom üçün çəkdirdiyi çılpaq ağ-qara fotosunu paylaşıb. İstifadəçilər onun bu şəklini çox bəyəniblər.
Qeyd edək ki, Selenanın yeni, ikinci solo albomu oktyabrda işıq üzü görəcək. O, açıqlamasında “Bu alboma görə mən Meksikaya getdim. Mənə hər zaman dəstək olmaq istəyən insanlarla çalışmışam. Bu, hər zaman mənim üçün önəmlidir. Albomum təkcə sevgi haqqında yox, insana həyatdakı öz yerini tapmaq, dostluq, inam haqqındadır” deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.