banner
banner

Şou

"Kiralık aşk"ın Dəfnəsi tənqidlərə cavab verdi

"Kiralık aşk"ın Dəfnəsi tənqidlərə cavab verdi
"Kiralık aşk" serialı ilə tanınan Elçin Sangu son günlər baş verən terror hadisələrindən sonra sosial şəbəkədə yazdığı statusların yanlış yerə yozulduğunu bildirib. 
Cia.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, aktrisa bunları yazıb:
"Ölkəmizdə baş verən siyasi savaşlar ucbatından nə kiçik qız uşaqları, nə sevdiklərinin həsrətini çəkən əsgərlər, nə körpələr, nə də atalar ölməsin, yəni "insanlar ölməsin" istədim. Silahı və ölümü müdafiə edənlərin yanında heç bir zaman olmadım, olmayacağam da... Mənim qanlı terrorun tərəfində olduğumu iddia edənləri öz vicdanları ilə baş-başa qoyuram. Bu hadisədə mənə dəstək olanlara isə təşəkkür edirəm".

Qeyd edək ki, Sangunun sosial şəbəkədə yazdığı "Mən heç kimə ölsün deyə bilmərəm. Nifrəti hobbi edib, yazanlarla maraqlanmıram. İnsanı əvvəlcə sevin. Ölümün rəngi, dini olmaz. Fikirlərinizi bildirərkən düşünün" sözləri tənqid edilmişdi.
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.