Türkiyəli aktrisa Hande Ataizi suriyalı bir uşağı övladlığa götürməyi planlaşdırır. O, bunun üçün dövlətdən kömək istəyir. Oğlu Aslan Leonla parka gəzintiyə çıxan Hande jurnalistlərin suallarını da cavablandırıb:
"Aylan Kurdinin fotoları mənə təsir etdi. Həyat yoldaşımla məsləhətləşdik və suriyalı bir uşağı övladlığa götürmək qərarı aldıq. Oğluma bir qardaş istəyirik. Bunun üçün kimə və hara müraciət etmək lazım olduğunu araşdırırıq. Kim qaçqın uşaqlarla bağlı məlumat bilirsə, bizə də xəbər versin".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.