banner
banner

Sosİal

Sumqayıtdan gələn maşınlar Bakıya buraxıldı - Tıxacsız şəhər

Sumqayıtdan gələn maşınlar Bakıya buraxıldı -

Bu gündən etibarən rayon qeydiyyatında olan yük və minik avtomobilləri, eyni zamanda avtobus və mikroavtobusların Bakıya daxil olmasına qoyulan qadağa qüvvəyə minib.

Bakının Şimal və Cənub girişlərində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə yanaşı Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı, Post Patrul Xidməti və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları xidmət göstərir.

Qeyd edək ki, rayon qeydiyyatında olan maşınlar üçün əvvəllər Riyad Ticarət Mərkəzinin yaxınlığında dayanacaq ayrılmışdı. Bu gün isə həmin maşınlar Ekologiya postunun yanında yoxlanılıb. Postun yaxınlığında maşınlar üçün xüsusi dayanacaq ayrılıb.

Sumqayıt qeydiyyatında olan avtomobillərin isə Bakıya daxil olmasına qadağa qoyulmayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.