Öpüşmə səhnəsinə görə ayrılmışdılar, amma... - fotolar
Təxminən bir ay əvvəl münasibətlərini bitirən aktrisa Şükran Ovalı və aktyor Şükrü Özyıldız barışıblar. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, rejissor Yılmaz Erdoğanın yeni filmi "Ekşi elmalar"da birlikdə rol almağı qəbul edən cütlük layihəyə görə yenidən görüşməyə başlayıb. Dünən isə onlar İstanbul küçələrində əl-ələ gəzərkən görünüblər.
Qeyd edək ki, Ş.Ovalı Ş.Özyıldızın iştirak etdiyi "Tatlı küçük yalancılar" serialındakı tərəf müqabili Bensu Soral ilə sevişmə səhnəsinə əsəbiləşərək sevgilisindən ayrılmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.