300 min dollarlıq üzük və evlilik təklifi - FOTOLAR
Milyarder Faruk Yalçının qızı Sürəyya Yalçın və iş adamı Ozan Baran ailə qurmağa hazırlaşır. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ozan uzun zamandır birgə olduğu sevgilisinə evlilik təklifi edərək "hə" cavabı alıb. O, Sürəyyaya 300 min dollar dəyəri olan, 6 karatlıq, ürək şəkilli brilyant üzük hədiyyə edib.
Qeyd edək ki, eyni üzükdən bir neçə ay əvvəl müğənni Ledi Qaqa taxmışdı. O, 300 min dollarlıq üzüyünün fotosunu sosial şəbəkədəki profilində paylaşmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.