banner
banner

Şou

Gürcü qızı "Planetin gözəli" seçildi - fotolar

Gürcü qızı "Planetin gözəli" seçildi -
Gürcüstanın paytaxtı Tiflisdə baş tutan beynəlxalq gözəllik müsabiqəsi “Miss Planet-2015”in qalibi bəlli olub. 
Cia.az “Cosmopolitan”a istinadən xəbər verir ki, münsiflərin qərarı ilə Yerin ən gözəl qızı 18 yaşlı gürcü gözəl Tinatin Babluani seçilib. Bu titul uğrunda Rusiya, İsveç, Ukrayna, Portuqaliya daxil olmaqla, 35 ölkənin iştirakçısı mübarizə aparıb. 

Qeyd edək ki, “Planetin gözəli” seçilən Tinatin daha əvvəl “Gürcüstanın yeniyetmə gözəli” və “Avropanın vitse-gözəli” titullarını qazanıb. T.Babluani jurnalistlərə açıqlamasında “Uzun müddətdir ki, buna görə çalışıram. Çox məşq etmişəm. Rəqabət çox güclü idi. Qəlbimin dərinliyində qələbəmə inanırdım. Bu gün mən, söz verdiyim kimi, öz ölkəmin adını ucaltdım. Hədsiz xoşbəxtəm” deyib. 

“Planetin vitse-gözəli” isə İsveçdən olan təmsilçi Frida Fornander olub.
 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.