“Fox”da yayımlanan “Kiraz mevsimi” serialının adı eşq dedi-qodularında hallannan qəhrəmanları Özge Gürellə Serkan Çayoğlu ilk dəfə bu haqda danışıblar. Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, birlikdə müsahibə verən tanınmışlar yayılan informasiyanın əsassız olduğunu bildiriblər. Ö.Gürel açıqlamasında deyib:
“Çəkilişdən əvvəl Serkanla kafedə oturmuşduq. Çox üşüyürdüm və bu səbəbdən onun da gödəkçəsini geyinmişdim. Gödəkçənin papağını başıma qoymuşdum, bunu “tanınmamaq üçün gizlənir” şəklində yozdular. Əslində ikimizin də həyatında heç kim yoxdur”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.