Qatıldığı qala gecələri və qonaqlıqlarda hər zaman sinə dekolteli libaslara üstünlük verən meksikalı aktrisa Salma Hayek bu dəfə də ənənəsinə sadiq qalıb.
Cia.az “Dailymaily”ə istinadən xəbər verir ki, 48 yaşlı aktrisa Toronto Beynəlxalq Kinofestivalında obyektivlərə tuş gəlib. Salma baş rolda çəkildiyi “September of Shiras” filminin təqdimatında iştirak edib. Qırmızı libas geyinən Hayek bu dəfə də sinə dekoltesinə üstünlük verib.
Aktrisa qırmızı xalıda tərəf müqabili Adrien Brodi ilə də şəkillər çəkdirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.