banner
banner

Sosİal

Yol kənarındakı “qanlı dəmirlər” söküləcək

Yol kənarındakı “qanlı dəmirlər” söküləcək

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda mikroavtobus dəhşətli qəza törədib.

Belə ki, idarəetməni itirən mikroavtobus sürücüsü nəqliyyat vasitəsini yolun kənarında quraşdırılan dəmir arakəsmələrə çırpıb. Nəticədə avtomobilin qarşısından keçən dəmir arakəsmə arxa hissəyə qədər sərnişinlərə ciddi xəsarət yetirib. Hadisə nəticəsində ölənlərin sayının çox olmasına səbəb dəmir arakəsmələrin sərnişinlərin ayaqlarını kəsməsi olub.

Bundan öncə də baş verən bir neçə qəzada da bu cür hallar baş verib. Həmin arakəsmələrin həyat üçün daha təhlükəli olması məsələsi gündəmə gəlib.

“Qafqazinfo”nun məlumatına görə, "Azəryolservis" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli azvision.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində yollarda dəmir arakəsmələrin istifadəsi qəbulediləndir. Onun sözlərinə görə, həmin ölkələrdə sürücülər avtomobili nizam-intizamla idarə etdiyi üçün belə dəhşətli qəzlar az hallarda baş verir:

“Çünki sürücülər yol-hərəkəti qaydalarına riayət edir, hava şəraitini nəzərə alırlar. Təəssüflər olsun ki, bizdə yol-nəqliyyat hadisələri tez-tez baş verir. Bu gün qəza baş verən ərazidə də mikroavtobus təhlükəsizlik məqsədi üçün quraşdırılan dəmir hissələrə keçib. Bu cür qəzalar daha çox sürücülərin məsuliyyətsizliyindən baş verir”.

“Azəryolservis” ASC-nin rəsmisi bildirib ki, hazırda avtomobil yollarında dəmir arakəsmələrin beton arakəsmələrlə əvəzlənməsi istiqamətində iş aparılır:

“Hazırda təmir işləri aparılan Bakı-Quba yolunda dəmir arakəsmələr yığışdırılır. Onların əvəzinə beton arakəsmələr quraşıdırlacaq. Dünyanın hər bir yerində dəmir arakəsmələrin qoyulması normal haldır. Sadəcə ölkəmizdə sürücülərin məsuliyyətsizliyindən bu cür hadisələr baş verir. Bu baxımdan da məcburuq ki, həmin dəmir arakəsmələri beton arakəsmələrlə əvəz edək.

Beton arakəsmələrdə təkəri geri qaytaran hissə var və avtomobil hər hansı bir qəza hadisəsi törətdikdə beton arakəsməyə dəyərsə, daha az xəsarətlərlə xilas olmaq olar. Hazırda bu istiqamətdə işlər aparılır. Qeyd etdiyimiz ki, Bakı-Quba-Rusiya avtomobil yolunda təmir aparılan hissədən başlayaraq dəmir arakəsmələr beton arakəsmələrlə əvəzlənir”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.