Bergüzar və Halit müştərilərə belə xidmət etdilər - fotolar
Aktyor Halit Ergenç və Bergüzar Korel cütlüyü yeni açdıqları kafedə müştərilərə özləri xidmət ediblər. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ən məşhur ulduzlardan olmasına rəğmən sadəliləri ilə diqqət çəkən Bergüzar və Halit jurnalistlərin qarşısına çıxaraq sualları da cavablandırıblar. Onlar burada maddi maraqlarının olmadığını, sadəcə sadə vətəndaşlarla bir yerdə olmağı sevdiklərini deyiblər.
B.Korel sosial şəbəkədəki profillərini bağladığını əlavə edib. O, bunu insanlardan yersiz gələn təzyiqlərlə əlaqələndirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.