Bu dayanacaqdan əvvəl 4 marşrut keçirdi, indi isə...
“Sakinlər 20-30 dəqiqə dayanacaqda gözləyir, sonra taksi ilə getməyə məcbur olurlar”.
Bu sözləri 4-cü mikrorayon “Qızıltac” şadlıq sarayının qarşısındakı dayanacaqdan istifadə edən sakinlər “Qafqazinfo”ya şikayəti zamanı bildirib. Onların sözlərinə görə, əvvəllər “20 Yanvar” küçəsi 10 ünvanından keçən marşrutların artıq heç biri işləmir:
“Əvvəllər buradan 4 marşrut (57, 215, 27, 327) işləyirdi. İndi isə onlardan heç biri gəlmir. Hər gün nə qədər insan bu dayanacaqda avtobus gözləyir, sonra məcbur olur ki, ya metrodan istifadə üçün 15-20 dəqiqə piyada getməli, ya da hər gün 5-10 manatını gözdən çıxarıb taksidən istifadə etməliyik. Buraya dayanacaq qoyulubsa, deməli, marşrut xətti də işləməlidir. Masazıra, digər uzaq yerlərə getmək bizim üçün çox çətin olur”.
Məsələ ilə əlaqədar olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı ilə əlaqə saxladıq. Katib açıqlamasında bildirib ki, adı çəkilən marşrutların istifadəsi çoxdan dayandırılıb: “327 nömrəli marşrutun fəaliyyəti 7 il bundan qabaq, 57 və 27 nömrəli marşrutların fəaliyyəti isə 2 il bundan qabaq dayandırılıb. 215 nömrəli marşrut isə Avropa Oyunları zamanında bağlanılıb. Adıçəkilən yol çox dar olduğu üçün əvvəllər ərazidə tez-tez tıxac problemi yaşanırdı. Hal-hazırda 92 nömrəli marşrut həmin yolda fəaliyyət göstərir və “Memar Əcəmi” stansiyasına gedir”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.