Azərbaycanda yeni doğulan uşaqlara daha çox qoyulan adların siyahısı açıqlanıb.
Ədliyyə Nazirliyindən Cia.az-a daxil olan məlumata görə, 2015-ci ilin 9 ayı ərzində oğlan uşaqları arasında ən çox qoyulan ad Yusif adı olub. Belə ki, bu müddətdə yeni doğulmuş 2380 uşağa Yusif adı qoyulub. Bu ilin 9 ayı ərzində populyarlıq qazanmış oğlan adları isə Əli (1686), Hüseyn (1668), Murad (1033), Məhəmməd (1006) adları olub. Qız uşaqlarına isə daha çox Zəhra adı verilib. Cari ilin 9 ayı ərzində yeni doğulmuş 2348 qıza Zəhra adı qoyulub. Bu il populyarlıq qazanmış digər qız adları isə Nuray (1699), Fatimə (1507), Aylin (1194), Zeynəb (1128), Ayan (1033) adları olub.
Qeyd edilən bu adlar ümumiyyətlə son beş il ərzində də digərlərinə nisbətən üstünlük təşkil edib. (Yusif – 16508, Zəhra – 15225, Nuray – 12869, Fatimə – 11377, Əli – 11267, Hüseyn – 10967, Aylin – 7542, Ayan – 7405, Məhəmməd – 7188, Zeynəb – 7019, Murad – 6992).
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.