banner
banner

Sosİal

Zığda sakinlərin çadırlı aksiyası - Fotolar

Zığda sakinlərin çadırlı aksiyası -

Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə ərazisində qəzalı vəziyyətə düşən evlərin sakinləri yeni aksiyaya başlayıblar. Bu dəfə onlar yaşadıqları ərazidə çadır qurublar və tələbləri yerinə yetirilənədək çadırı tərk etməyəcəklərini bildirirlər.

 Cia.az-in virtualaz.org-a istinadən məlumatına görə, sakinlər qəzalı vəziyyətdə olan 43 saylı binanın həyətində çadır quraraq bir yerə yığışıblar. Sakinlər çadır quraşdırıblar. Hazırda 50-dən çox sakin çadırdadır. Onlar qəzalı vəziyyətə düşən evlərinə görə kompensasiya verilməsini tələb edirlər. Tələbləri yerinə yetirilməyənədək çadırda gecələyəcəklər.

Sakinlərin sözlərinə görə, tamamilə yararsız vəziyyətdə olan 55 evin köçürüləcəyi vəd edilsə də evlər köçürülməyib: “Məktəblər başlayıb. Bəzi ailələr kirayəyə köçürülüb. Çoxları isə Nazirlər kabinetinin qərarını gözləyir. Uşaqlar harada dərsə getsinlər, bunu bilmirik. Tələblərimiz yerinə yetirilməsə aclıq aksiyası da keçirəcəyik”.

Qeyd edək ki, həmin ərazidə tikilmiş 500-dən çox fərdi yaşayış evi qəzalı vəziyyətdədir. Sürüşməyə görə qəzalı vəziyyətə düşmüş 43 binada isə 90 ailə yaşayır. Ərazidəki 100-dən çox fərdi yaşayış evi isə uçmaq təhlükəsi qarşısındadır və Fövqəladə Hallar Nazirliyi evlərin yaşayış üçün yararsız olduğuna dair rəy verib.

Evləri qəzalı vəziyyətə düşən Zığ sakinləri dəfələrlə etiraz aksiyaları keçiriblər, o cümlədən Prezident Administrasiyasının qarşısında aksiyalara əl atıblar. Hökumət sakinləri evlərini tərk etməyə çağırır, ancaq qəzalı vəziyyətə düşən evlər üçün kompensasiya vəd etmir. Yalnız kirayə pulu veriləcəyini bildirir. Sakinlər isə ya yeni ev, ya da kompensasiya tələb edirlər.

Onu da qeyd edsək ki, ərazidə tikilən evlərin bir çoxu sənədsizdir.

Zığda sakinlərin çadırlı aksiyası  -  Fotolar
Zığda sakinlərin çadırlı aksiyası  -  Fotolar
Zığda sakinlərin çadırlı aksiyası  -  Fotolar
Zığda sakinlərin çadırlı aksiyası  -  Fotolar
Zığda sakinlərin çadırlı aksiyası  -  Fotolar

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.