Bir müddət əvvəl ana olan müğənni İradə İbrahimovanın yeni fotoları yayılıb. Cia.az-ın məlumatına görə, şəkli ifaçının vizajist bacısı Nigar İbrahimova paylaşaraq, onun qısa vaxt ərzində necə arıqladığını vurğulayıb:
“Bacımın dünənki toydan görüntüləri. 18 günlük ana olasan, arıq qalasan. Halaldı sənə”.
Qeyd edək ki, Ceyhun İzər adlı iş adamı ilə ailə quran İ.İbrahimova İstanbulda yaşayır. Cütlüyün bir qız, bir oğlan övladı var. Sənətçi yeni doğulan oğluna Əli adını qoyub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.