banner
banner

Sosİal

Kərə yağı adı ilə palma yağı yeyirik...

Kərə yağı adı ilə palma yağı yeyirik...

Azərbaycana ötən il 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub. Amma bu qədər yağın istehsalatda istifadə edilib-edilmədiyi açıqlanmır.

Bunu virtualaz.org saytına açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

V.Məhərrəmovun sözlərinə görə, gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi gizli saxlanılır: “Bundan əlavə, rəsmi məlumatlarda bu qədər palma yağının gətirildiyi göstərilsə də reallıqda statistika şübhə yaradır. Palma yağı istehlakçılara kərə yağı adı altında satılır. Xarici görünüşünə görə palma yağı kərə yağına çox oxşardır. Bundan başqa, bu yağdan süd, pendir, xama, dondurma və digər süd məhsullarının istehsalında yağlılıq dərəcəsini artırmaq məqsədilə istifadə edirlər”.

Ekspert deyir ki, palma yağının 1 kiloqramının idxal dəyəri təxminən 60 qəpikdir: “Təsəvvür edin ki, palma yağının tərkibinə müxtəlif aromatizatorlar vuraraq kərə yağı kimi satışa çıxarır və dəyərindən 8-10 dəfə baha qiymətə satırlar. Görün nə qədər gəlir əldə edirlər. Belə hallar kifayət qədər geniş yayılıb.

Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq hansı məqsəd üçün istifadə olunduğu sual doğurur”.

Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da kərə yağının keyfiyyəti ilə bağlı tənqidi açıqlama vermişdi.

Hüquq müdafiəçisi kərə yağı adı altında heyvan bə bitki yağlarının satıldığını bildirmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.