Musiqiçi Ozan Doğulu həyat yoldaşı Ece Doğulu ilə alış-veriş mərkəzlərinin birində görüntülənib.
Cia.az-ın “Sabah”a istinadən məlumatına görə, Ozana sosial şəbəkədən qardaşına göndərdiyi ismarışla bağlı suallar verilərkən sənətçinin kefi pozulub. Sualı eşidən kimi Ozan Ece ilə birlikdə sürətlə oradan uzaqlaşıb.
Xatırladaq ki, Kənan Doğulu aktrisa həyat yoldaşı Beren Saatla birlikdə Qurban bayramını Los-Ancelesdəki evlərində keçirmişdi. Ozan isə sosial şəbəkədən foto paylaşaraq “Biz ənənəni pozmadıq” deyə qardaşına ismarış göndərmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.