banner
banner

Sosİal

Azərbaycanda “Twitter” istifadəçilərinin sayı artıb

Azərbaycanda “Twitter” istifadəçilərinin sayı artıb

Azərbaycanda “Twitter” sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-sentyabr aylarında 66,7 faiz artıb.
Bu barədə “Global Stats” statistika mərkəzi məlumat yayıb.

“Twitter”in Azərbaycan bazarında sentyabrın sonuna olan payı 9,3 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,3 dəfə çoxdur.

2015-ci ilin ilk 9 ayının yekununa görə, “Facebook”un istifadəçi auditoriyasında 7,8 faizlik azalma qeydə alınıb. Azərbaycanda sosial şəbəkələr arasında populyarlığına görə birinci yerdə olan “Facebook”un oktyabrın 1-nə olan ölkədəki bazar payı 80,8 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13,7 faiz azdır.

2,63 faizlik payla üçüncü yerdə “Pinterest” qərarlaşıb. Daha sonra “Tumblr” (2,22 faiz), “Reddit” (1,32 faiz), “Google+” (1,1 faiz), “Vkontakte” (0,98 faiz) və başqaları gəlir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.