banner
banner

Sosİal

Cənub bölgəsi suyun altında qaldı, işıqlar kəsildi

Cənub bölgəsi suyun altında qaldı,

Ötən gün saat 18 radələrindən başlayaraq Azərbaycanın cənub bölgəsinə güclü yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometeoroloji Stansiyasından APA-ya verilən məlumata görə, ən güclü yağış Lənkəran rayonu ərazisində müşahidə olunub. Burada təxminən 12 saat ərzində yağan yağıntıların həcmi 53 mm olmaqla aylıq normanın 21 faizini təşkil edib.

Astara rayonda da yağıntıların həcmi 34,6 mm təşkil edərək, aylıq normadan 10-21 faiz yuxarı həddə çatıb.

İldırım çaxmaları ilə müşayiət olunan leysan yağışları nəticəsində Lənkəran rayonu ərazisində yarımstansiyalarda yaranan nasazlıqlar səbəbindən rayonun əksər yaşayış məntəqələrinə ötən axşamdan elektrik enerjinin verilməsi dayandırılıb. Bir sıra həyətyanı, eləcə də əkin sahələri suyun altında qalıb.

Leysan yağışlar nəticəsində bölgənin dağ çaylarında suyun səviyyəsi 15-20 santimetr artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometeoroloji Stansiyasından verilən məlumata görə, yağışlı hava oktyabrın 6-dək davam edəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.