banner
banner

Şou

İlhamə Quliyeva köməkçisi ilə vidalaşdı - Etibardan sui-istifadə edib...

İlhamə Quliyeva köməkçisi ilə vidalaşdı -

"Bir il iki aydır ki, Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət və Şərəf ordenli İlhamə Quliyevanın köməkçisi işləyən Hüseynova Mehriban Bəylər qızı 2015-ci il oktyabr ayında işindən azad edilib". Bu barədə sənətkarın mətbuat katibi Faiq Ələkbərov məlumat verib.

O bildirib ki, buna səbəb Hüseynova Mehribanın sənətkarın etibarından sui-istifadə etməsi, səlahiyyətlərini aşan hərəkətlərə yol verməsi və qeyri-səmimiliyi olub. İlhamə Quliyevaya sözü, müraciəti olan yaxınları, sənət adamları, KİV nümayəndələrinin nəzərinə çatdırırıq ki, Hüseynova Mehriban Bəylər qızının sənətkar İlhamə Quliyevaya heç bir aidiyyatı yoxdur və onun köməkçi kimi bütün səlahiyyətləri əlindən alınıb.

Qeyd edək ki, Hüseynova Mehribanın işindən uzaqlaşdırılmasının səbəbləri ətraflı şəkildə yaxın günlərdə açıqlanacaq. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.