banner
banner

Sosİal

Bəzi namizədlər “qaz çəkəcəm” deyib imza toplayır

Bəzi namizədlər “qaz çəkəcəm” deyib imza toplayır
“Seçki kimi böyük prosesdə, insan olan yerdə problemin olması təbiidir. Əsas məsələ pozuntuya, qüsura adekvat münasibətin göstərilməsidir. Bu baxımdan seçki komissiyaları səlahiyyətlərini düzgün tətbiq etməlidirlər. Bizim hədəfimiz budur”.
AzVision.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Natiq Məmmədov deyib.
O, qeyd edib ki, imza toplama kampaniyasında bəzi neqativ hallar baş verir, bəzən seçicilər bilməyərəkdən imza verirlər: “Bu, yol, qaz çəkilişi adı ilə bağlı ola bilər. Biz bundan təəssüflənirik. Vətəndaşların iradəsindən sui-istifadə etmək olmaz. Bütün bunların aradan qaldırılması üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır. Maarifləndirmə işinin aparılması həmişə hədəfimiz olub, əlbəttə ki, bu da zamana bağlı məsələdir. Seçkinin mahiyyətində maarifləndirmə durur. Biz seçki prosesi iştirakçılarının səviyyəsinin qaldırılması istiqamətində gördüyümüz iş müsbət nəticə verəcəksə, imzaların toplanılması ilə bu cür hallar olmayacaq.
 
Seçkidə iştirak edən subyektlər bəzən səhvlərə yol verirlər. İmzatoplama kampaniyasında 18 yaşına çatan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Onların da münasibətindən, bacarığından və bir sıra məsələlərdən asılı olaraq bu cür hallar baş verir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.