"Möhtəşəm yüz il: Kösəm Sultan" Türkiyədən əvvəl Fransada izləyici qarşısına çıxıb. "Mipcom" festivalı çərçivəsində keçirilən təqdimatlara bu il türk serialları damğasını vurub. "Kösəm Sultan" serialının təqdimat partisi də ən maraqlı tədbirlərdən olub. Gecəyə ekran işinin baş rollarında iştirak edən Beren Saat, Ekin Koç, Anastasia Tsilimpiou və Hülya Avşar qatılıb. Kösəm Sultanın gəncliyini Anastasia canlandıracaq.
Bir müddətdir terror hadisələrinə laqeyd qaldığı üçün tənqid olunan B. Saatın serialdan çıxarıldığı deyilsə də, gecənin ən çox diqqət çəkən adlarından olub. O, 8-ci seriyadan etibarən baş rolu yunan aktrisadan təhvil alacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.