banner
banner

Sosİal

Azərbaycanda havaların qəfil soyuması ilə bağlı - açıqlama

Azərbaycanda havaların qəfil soyuması ilə bağlı -

"Son günlər davam edən hava şəraiti Azərbaycan üçün anomal iqlim hadisəsi sayılır".
Cia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya elmlər doktoru Elbrus Əlizadə deyib.
O bildirib ki, küləklərin həddən artıq güclü əsməsi, quraq hava şəraitindən sonra yağıntıların çox düşməsi anomal iqlim hadisədir:
"İl ərzində bir neçə dəfə Azərbaycanda anomal hadisələr baş verir. Buna səbəb ölkəmizə şimal-qərbdən və şimal-şərqdən rütubətli dəniz hava kütələrinin daxil olmasıdır. Nəticədə də yüksək təzyiq fərqindən güclü küləklər yaranır və özü ilə küllü miqdarda yağıntı gətirir".

E.Əlizadənin sözlərinə görə, Azərbaycan ərazisi atmosfer cəbhəsində yerləşir:
"Azərbaycan ərazisində isti və soyuq hava kütlələri toqquşur, bu səbəbdən də ildırım və şimşək çaxmaları çox müşahidə olunur. Müxtəlif xassəli hava kütlələri toqquşanda, onların arasında kəskin fərq yarananda ildırım və şimşək kimi təbiət hadisələri baş verir".

Direktor müavini qeyd edib ki, son günlər davam edən intensiv yağışlar sürüşmə hadisələrinin aktivləşməsi ehtimalını artırır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.