DiKaprio sevgilisini ailəsi ilə tanış etdi - fotolar
Hollivud ulduzu Leonardo DiKaprio model sevgilisi Kelli Rorbaxla bir müddətdir ki nişanlanıb. 25 yaşlı sarışın gözəl 40 yaşlı aktyora artıq təsir etməyə başlayıb. DiKaprio uzun müddətdir ki, saxladığı saqqallını kəsib. Amma modelin barmağında hələ ki nişan üzüyü görünmür. Bu günlərdə isə aktyor sevgilisini ailəsi ilə tanış etməyə aparıb. Onlar ailə ilə tanışlığa motosikllə gediblər.
Qeyd edək ki, Hollivudun ən məşhur subayının yaxın vaxtlarda ailə quracağı gözlənilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.