banner
banner

Sosİal

Almatı-Bakı reysinin istiqaməti dəyişib

Almatı-Bakı reysinin istiqaməti dəyişib
Qazaxıstana məxsus "Airastana" milli aviaşirkəti Rusiya Hərbi-Dəniz Qüvvələrinin gəmisindən Xəzər dənizi üzərindən raket zərbələrinin endirilməsi ilə əlaqədar olaraq Almatı-Bakı-Almatı reysinin marşrutunda dəyişiliklər edib.
"Report"un "Astana" telekanalına istinadən verdiyi məlumata görə, aviaşirkət həmçinin bildirib ki, yaxın vaxtlarda Almatı-Tblisi və Almatı-İstanbul reyslərinin marşrutları da dəyişdirilə bilər: "Hava gəmiləri Xəzər dənizinin tamamilə kənarından keçərək, reyslərini yerinə yetirəcəklər".
Aviaşirkətdə həmçinin bildirilib ki, Almatı-Bakı reysi üzrə uçuşların sürəkliyi trayektoriyanın dəyişməsinə görə çoxalıb. Həmçinin yanacaq xərcləri də artıb, ancaq bu, biletlərinə qiymətinə təsir göstərməyib.
"Biz sərnişinlərdən bu məsələyə anlayışla yanaşmalarını xahiş edirik. Çünki bu yenmə də təhlükəsizlik tədbirlərinin artırılmasın ilə əlaqdar həyata keçirilir", - deyə aviaşirkətdən bildirilib.
Xatırladaq ki, Rusiyanın Xəzər üzərindən Suriya ərazisindəki hədəflərə uzunmənzilli raketlərlə zərbələr endirməsi beynəlxalq aviasiya təşkilatları və aviaşirkətlərin narahatlığına səbəb olub. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (AAT) Xəzər dənizi, İran və İraq üzərindən hava daşımaları üzrə uçuşlar həyata keçirən aviaşirkətlərə xəbərdarlıq edib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.