banner
banner

Sosİal

Xüsusi hərəkət zolaqlarının çəkilişinə başlanılacaq

Xüsusi hərəkət zolaqlarının çəkilişinə başlanılacaq

Yaxın günlərdə Bakı şəhərində müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən xüsusi hərəkət zolaqlarının çəkilişi işlərinə başlanılacaq. 
İşlər aidiyyatı qurumlarla, Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış şəkildə aparılacaq.

Xüsusi hərəkət zolaqlarının çəkilişi işlərinin yolun hərəkət hissəsi 3 və daha çox zolaqlardan ibarət olan yollarda aparılması nəzərdə tutulub. Bunun üçün ilkin olaraq 6 avtomobil yolu seçilib. Bu Bibiheybət yolu, Nobel prospekti, Yusif Səfərov, Salatın Əsgərova, Rəşid Behbudov və Əhməd Rəcəbli küçələridir. Hələlik sınaq məqsədi ilə adı çəkilən yollardan 4-də işlər həyata keçiriləcək. Bu istiqamətdə atılan addımlar özünü doğrultsa, işlərin digər bu kimi küçə və prospektlərdə də aparılması planlaşdırılır.

Sınaq məqsədi ilə xüsusi zolaqların çəkilişi Bibiheybət məscidindən Bakı Su İdman Sarayına qədər olan yolda, Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə, daha dəqiqi Xocalı prospekti ilə kəsişmədən Babək prospekti ilə kəsişməyədək və Baş Polis İdarəsinin binasının önündən Mehdi Mehdizadə küçəsi ilə kəsişməyədək olan hissələrdə, bundan başqa Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Azadlıq prospektinin kəsişməsinədək olan hissəsində, həmçinin Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Bakıxanov küçələrinin kəsişmələri arasında olan hissəsində aparılacaq.

Qeyd edək ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC və digər aidiyyatı qurumlar tərəfindən ümumilikdə 50-ə yaxın küçə və prospektlərdə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişi ilə bağlı təkliflər hazırlanaraq, komissiyaya təqdim olunub.



 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.