Bu gecə paytaxtda müşahidə olunan kəskin küləkli hava fəsadsız ötüşməyib.
APA-nın məlumatına görə, Yasamal rayonu, Balababa Məcidov küçəsində irigövdəli ağac Anar Bayramova məxsus "Hyundai" markalı maşının üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.
Xətai rayonu Yavər Əliyev küçəsində isə, qovaq ağacı yaşayış binasının üzərinə aşıb. Bəzi evlərin dam örtüyü yararsız vəziyyətə düşüb. Xətai Rayon İcra Hakimiyyətinə üz tutan sakinlərə isə bildirilib ki, evlərin dam örtüyünün sıradan çıxması ilə bağlı tədbir görüləcək.
Qeyd edək ki, Bakıda küləkli və yağışlı havanın bir neçə gün davam edəcəyi gözlənilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.