banner
banner

Sosİal

Bakıda transformatorda xəsarət alan gənclər haqqında - yeni xəbər

Bakıda transformatorda xəsarət alan gənclər haqqında -
Xəbər verildiyi kimi, ötən gün Bakının Nəsimi rayonunda transformatorun içərisində elektrik cərəyanı vuran gənclər öz günahlarının ucbatından xəsarət alıblar.
Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə açıqlamasında bildirib. Qurum rəsmisinin sözlərinə görə, bütün yerlərdə quraşdırılan transformatorlar xüsusi qoruyucu qutunun içərisində olur. Həmin qutu da xüsusi tikilmiş yerdə olur. Oranın də qapısı bağlı olur.
"Allah şəfalarını versin. Gəncdirlər, yəqin sevgidən nə etdiklərini bilməyiblər. Həmin gənclər qıfılı qıraraq içəri giriblər. Yüksək gərginlikli naqillərə toxunublar və faciə baş verib”, - deyə Tanrıverdi Mustafayev bildirib.
 
Qurum rəsmisi deyir ki, hər bir işıq kantoru, yüksək enerji keçən ərazilər və transformator qoyulan yerlərdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə qorunur. Üstəlik həmin ərazilərə "TƏHLÜKƏLİDİR” xəbərdarlığı da vurulur.
 
"İnsanlar hər şeydən əvvəl öz həyatlarının qədrini bilməlidir. Özlərini qorumalıdır. Qaydalara əməl etməlidir”, - deyə Tanrıverdi Mustafayev vurğulayıb.
 
Xatırladaq ki, dünən Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub.
 
Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.
 
Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.