banner
banner

Sosİal

Nazirlikdən zəvvarların yoluxduğu virusla bağlı - Açıqlama

Nazirlikdən zəvvarların yoluxduğu virusla bağlı -

Səhiyyə Nazirliyi bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların təhlükəli virusa yoluxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova azvision.az-a bildirib ki, Həcc ziyarətindən geri dönmüş və virusa yoluxmuş hər hansı bir şəxs qurum tərəfindən qeydə alınamyıb.

“Həmin şəxslər Həcc ziyarətinə getməmişdən öncə vaksinasiya olunurlar. Yəni virus kimi təqdim edilən həmin xəstəlik mövsümü xarakter daşıyır. Elə bir ciddi şey yoxdur. Yəni hacıların heç birində respirator xəstəlik qeydə alınmayıb”,-nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, Azərbaycandan olan Həcc missiyasının həkim briqadasının rəhbəri Həci Kitabullah Əkbərov Həccdən qayıdan 500-dən çox hacının virusa yoluxduğunu bildirib. Kəskin respiratorlu virus infeksiyası olduğunu deyən K. Əkbərov bildirib ki, xəstəliyin əlamətləri ağır öskürək, asqırma, iştahasızlıq, oynaq-əzələ ağrıları və sairdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.