banner
banner

Şou

Əli Mirəliyev “gey” qalmaqalını təkzib etdi, jurnalisti isə hədələdi

Əli Mirəliyev “gey” qalmaqalını təkzib etdi,
Ötən gün müğənni Əli Mirəliyevin dahi sənətkarlarımız haqda mətbuata danışdığı sözlər sənət camiəsində böyük ajotaj yaradıb. Sənətçinin dediyinə görə, Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev vaxtilə “gey” olub.
Sənətçinin Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri barədə səsləndirdiyi fikir mətbuatda, sosial şəbəklərdə ciddi tənqidlə qarşılanıb.
Məsələ ilə əlaqədar müğənni Əli Mirəliyev “Yeni Müsavat”a açıqlama verib. O, deyilənləri təkzib edib:
“Dünəndən bəri mənə gizli nömrələrdən zəng edib barəmdə pis söyüşlər səsləndirirlər. Bu gün səhər isə xeyli sayda jurnalist mənə zəng edib dahi sənətkarlımızı “gey” adlandırdığımı deyirlər. Mən kimə vermişəm bu barədə açıqlamanı?! Mən boyda adam Rəşid Behbudova gey deyərmi?! Bu necə ola bilər?
O jurnalistlər pul qazanmaq istəyib. Bu insanlar necə alçaq adamlardır. Hansısa jurnalist mənim sözlərimi fırladıb məni şantaj edir. Kimdirsə məni “vurmaq” istəyir. 
Buna görə həmin jurnalisti məhkəməyə verməyəcəm, onu tapıb bilirəm nə edəcəm”.
Qeyd edək ki, ötən gün BAKU.WS saytı Əli Mirəliyevin adından  dahi sənətkarlarımız, eləcə də bir sıra tanınmışlar barəsində açıqlamasını yaymışdı:
"O vaxt gey olmaq gizli idi. Amma indiki aktyorlar, sənət adamları geyliklərini aşkar edirlər. Keçmişdə Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev də gey idi. Lakin onlar bunu aşkar etmirdilər. Bəyəm onların pulları yox idi? İndiki müğənnilər şalvarı elə geyinirlər ki, şalvarın ayağı elə dar olur ki, axşam yatmağa gedəndə çıxartmaaları mümkün olmur. İndiki müğənni "kişi”lər saqqal saxlayır. Elə bilirlər ki müasirdirlər. Məsələn, Nadiq Qafarzadəni başa sala bilmirəm ki, ayə ... sən və Tolik birgə dilinizi qarnınıza qoyun, danışmayn. Kim danışsa da, siz kişilikdən danışmayın. Deyirəm ayə Nadir, kişisən, oranı-buranı niyə kəsdirirsən? Deyir neynəmişəm ki, bir tək burnumu kəsdirmişəm də. Sən nə gündəydin ala, xiyar satanlara oxşayırdın. İndi guya bir burnunu kəsdirmisən?. Hamınızda maviləşmə gedir, bəs bu qızlar necə olacaq? Bunları kim alacaq?”. – deyə Əli Mirəliyev gileylənib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.