“Azəristiliktəchizat” ASC qışa hazır olduğunu deyir...
Havalar kəskin soyumağa başlayıb. Təbii ki, bununla da Bakıda istilik, qaz, işıq problemləri əhalini narahat etməyə başlayıb. Hər il qışqabağı aidiyyəti qurumlar mövsümə, hər bir vəziyyətə hazır olduqlarını desələr də, sonradan bunun əksi ilə rastlaşırıq. Azərbaycanda aidiyyəti qurumların qış mövsümünə keçid Nazirlər Kabinetinin qərarı ilə hər il noyabrın 15-dən etibarən başlayır. Soyuqların düşməsi insanlarda xüsusən də istilik sisteminə olan tələbatı artırır.
Havaların soyuması istilik sistemlərinin vaxtından öncə işə salınmasını da tələb edir.
Maraqlıdır, “Azəristiliktəchizat ”ASC qış mövsümünə hazırdırmı və hazırkı hava şəraitində vaxtından əvvəl mövsümə başlaya bilərlərmi?
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev qurumun qışa tam hazır olduğunu bildirdi: “Azəristiliktəchizat”ın fəaliyyəti mövsümün başlanması və qurtarmasından asılı olaraq yerli icra hakimiyyətlərinin sərəncamı ilə tənzimlənir. Hələ o vaxtdan Nazirlər Kabinetinin qərarı var idi ki, Bakı şəhərində istilik mövsümü 152 gün, yəni noyabrın 15-dən aprelin 15-ə kimi, 5 ay müəyyənləşdirilmişdi. Amma dağlıq rayonlarda 6 ay nəzərdə tutulurdu. Ancaq orada bir bənd də göstərilir ki, havaların kəskin soyuması baş verərsə, yaxud da o tərəfdən mövsümün axırına havaların tez isinməsi baş verərsə, yerli icra hakimiyyətlərinin qərarı ilə istilik mövsümü tez başlaya və yaxud da vaxtından tez qurtara bilər. Amma norma qaydalarında göstərilir ki, 5 gün ardıcıl orta sutkalıq temperatur 8 dərəcədən aşağı olduğu halda yerli icra hakimiyyətləri belə bir sərəncam verə bilərlər. Hazırda istilik mövsümünün vaxtından tez başlanmasına səbəb olacaq hava şəraiti yoxdur. Hava şəraiti normaldır. Bir daha qeyd edim ki, əgər beş gün ardıcıl havanın temperaturu 8 dərəcədən aşağı olarsa bu baş verə bilər".
İstilik təchizatlarının yoxlanılması prosesinin yekunlaşıb yekunlaşmaması məsələsinə gəlincə isə R.Əliyev hər şeyin qaydasında olduğunu və qış mövsümünə tam hazır olduqlarını bildirdi: “Biz demək olar ki, aprelin 15-də istilik mövsümü bitərkən bütün xətlərimizi yoxlamışıq. Harada sıradan çıxan yaxud da ki, qış mövsümündə problem yarada biləcək hissələr vardısa onlarda əsaslı təmir işlərini aparıb başa çatdırmışıq. Yəni ”Azəristiliktəchizat"ın elə də bir ciddi problemi yoxdur".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.