banner
banner

Şou

Faiq Ağayevdən qaşını alması iddialarına cavab - video

Faiq Ağayevdən qaşını alması iddialarına cavab -

Xalq artisti Faiq Ağayev imicini bəyənməyən həmkarlarına cavab verib. 

Müğənni “Onlar”a açıqlamasında qaşlarını aldığı, sırğa taxdığı üçün onu qınayanlardan danışıb:
“1996-cı ildə saqqallı imicdə idim. İndi yenə də həmin görünüşümə qayıtmışam. Həyatdı da yaşayıram. Zövq də, dəb də illər sonra təkrarlanır. Öz üzündə, gözündə qüsur görməyən, başqasının qaşında tük axtarır. Hər hürənə cavab versən, yolu keçə bilməzsən. Qoy desinlər. Əsas məsələlərdə heç kim mənə irad tuta bilməz: vətənə, valideynə sevgi, sənətə münasibətdə. Mən nə “falş” oxumuşam, nə Azərbaycan incəsənətinə ziyan gətirəcək mövzulara mahnılarımda yer vermişəm. O danışanlar yox, sənətdə mən qalacam”.

F.Ağayev səsində problem yarandığını, buna görə yeni mahnı təqdim etmədiyini bildirib:

“Bir az səsim imkan vermir, burnumda danışıram. Allergiya ilə bağlıdır, bir az müalicə alıb, sonra studiyaya girəcəm. Noyabrda yeni mahnı təqdim edəcəm”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.