Hazırda Azərbaycanda 28 655 nəfər narkoman kimi qeydiyyatdadır. Onlardan 23042 dispanser, 5614-2 isə profilaktik qeydiyyata alınıb.
Bu barədə virtualaz.org saytının sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər.
Nazirlikdən deyiblər ki, hazırda 666 narkoman anonim müalicə alır.
Narkomanlar arasında qadınların sayı az deyil. Hazırda 554 narkoman qadın qeydiyyatdadır. Onlardan 399-u dispanser, 155 nəfəri isə profilaktik qeydiyyata götürülüb. Taksomanların sayına gəldikdə isə ölkədə 152 toksiman var.
Qeyd edək ki, bu ilin 9 ayında 189 narkotik istifadəçisi aşkarlanıb və qeydiyyata götürülüb.
Ümumilikdə isə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə 24925 nəfər müayinə edilib. Onlardan 554 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub. 1016 nəfəri “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 933-ü “opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə müalicə alıb.
Nazirlikdən qeyd ediblər ki, narkomanlar arasında 15-64 yaşlılar üstünlük təşkil edir.
Rəsmi statistikaya əsasən, ötən il 28656 narkoman qeydiyyatda olub. Onlardan 5-ü 15-17 yaş, 1403-ü 18-24 yaş, 3999-u isə 25-29 yaşlıdır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.