Aktyor Kənan İmirzalıoğlu bir neçə gün əvvəl nənəsi dünyasını dəyişən sevgilisi Sinem Kobalı kədərli günündə tək buraxmayıb. 67 yaşında beyində qan dövranının dayanması nəticəsində dünyasını dəyişən Sevinç Kobal dünən dəfn edilib. K.İmirzalıoğlu dəfn mərasimi zamanı ağlayan Sinem və anasının yanına gedərək təskinlik verib. Sənət aləminin məşhurları - Kerem Çatay, İlker Kaleli, Sema Öztürk də S.Kobala başsağlığı verənlər arasında olub.
Qeyd edək ki, bu, son 3 ildə Sinem Kobalın ailəsində baş verən 3-cü ölüm hadisəsidir.
Belə ki, 2013-cü ildə aktrisanın xalası, ötən il isə babası dünyasını dəyişib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.