Keniyanın ən məşhur DJ-i Creme De La Cremenin seks kasetinin çıxması ölkədə skandal yaratıb.
Əsl adı Corc Njuguna olan məşhurun arvadı olmayan bir qadınla birlikdə olduğu görüntülər internetdə yayılıb. Nə zaman çəkildiyi məlum olmayan kadrlar haqda Creme heç bir açıqlama verməyib.
Qeyd edək ki, DJ 9 ildir Denise Njuguna ilə evlidir və iki uşağı var. O, rəsmi “Instagram” hesabında tez-tez ailəsinin şəkillərini paylaşır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.