Noyabrın 9-da əməkdar artist Elza Seyidcahanın Siyəzən və Şabranda Bayraq Günü ilə bağlı keçirdiyi tədbirə müdaxilə olub.
Bu barədə Azadlıq Radiosuna Elza Seyidcahanın özü məlumat verib. Yada salaq ki, Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini vermişdi. Həmin dairədə MSK YAP namizədi Tahir Süleymanovu ilkin qalib elan edib. Elza Seyidcahan deyir ki, bu tədbirlə insanlara Bayraq günü ilə bağlı məlumatlar çatdırmaq məqsədi güdüb. Onlar insanlara bayraq haqqında məlumat əks olunmuş bukletlər paylayıblar. Siyəzəndə baş tutan tədbir insidentsiz ötüşməyib.
Elza Seyidcahanın sözlərinə görə, opponentinin nümayəndələri tədbiri pozmağa çalışaraq əraziyə polis çağırıblar: "Mənə deyirlər ki, prezidentin şəklini niyə tutmusan? İstifadə edirsən. Başa düşmürəm, Bayraq Günündə kimin şəklini tutmalı idim? Belə bir gündə prezidentin fotosunu tutmalıyam da. Mən belə tədbiri keçirməyi özümə borc bilirəm."
Elza Seyidcahanın sözlərinə görə, bayraq aksiyasında iştirak etdiyi üçün bir nəfər də saxlanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.