Cennifer qırmızı xalçada yenə də yıxıldı - video+fotolar
Aktrisa Cennifer Lourens "Aclıq oyunları" filminin növbəti hissəsinin təqdimatına qatılıb. Baş rolda çəkildiyi filmin Madrid premyerasında uzun qara libasda iştirak edən aktrisa xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, qırmızı xalça üzərində ayağı libasına dolaşan aktrisa yıxılıb. Qeyd edək ki, bu, C.Lourensin kameralar qarşısında ilk yıxılması deyil. Bundan əvvəl 2013 və 2014-cü illər Oskar mükafatlandırma gecələrində bu hala düşmüşdü.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.