banner
banner

Sosİal

Polislərdən gedişhaqqı alınsın! - “Baku Bus”dan sürücülərə göstəriş

Polislərdən gedişhaqqı alınsın! -

“Baku Bus” avtobuslarının sürücülərinə göstəriş verilib ki, mülki geyimdə olan polis əməkdaşlarından da gedişhaqqı tələb etsinlər.

Cia.az xəbər verir ki, bunu avtosfer.az-a şirkətin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəhbəri Nuridə Məmmədova deyib. O, bildirib ki, əgər polis əməkdaşı həqiqətən də gizli xidmətlə əlaqədar olaraq mülkü geyimdədirsə, bu zaman sürücüyə və avtobusdakı sərnişinlərə öz vəsiqəsini nümayiş etdirməsi düzgün deyil: «Mən belə düşünürəm ki, bu, düzgün deyil. Bəli, biz avtobus sürücülərinə göstəriş vermişik ki, mülkü geyimdə olan polis əməkdaşlarından gedişhaqqını ödəməyi tələb etsinlər. Amma polis formasında olanlardan heç nə tələb olunmur. Onlar vəsiqə göstərməsə də, güzəşt edilir».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə bildirib ki, «Polis haqqında» qanununun 38-ci maddəsinin 4-cu bəndinə görə, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksi və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər: «Bu zaman onların formada olub-olmaması heç bir əhəmiyyət daşımır. Qanunvericilikdə forma ilə bağlı hər hansı məsələ yoxdur. Əgər mülkü geyimdə olan polis əməkdaşı xidməti vəsiqəsini göstərib avtobusdan pulsuz istifadə edirsə, bu artıq kifayət edir. Bəzi polis əməkdaşları gizli xidmətlə əlaqədar olaraq mülkü geyimdə işləyirlər. Bu zaman ondan formada olmağı tələb etmək doğru deyil və sürücülərin belə bir ixtiyarı da yoxdur».

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.