Metro stansiyalarında satış yerləri genişləndiriləcəkmi?
Metro stansiyalarında olan kitab satışı yerləri artırıla bilər.
Bunu "Trend"ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, hazırda Metropolitenin iki stansiyasında belə yerlər var.
N.Paşayev bildirib gələcəkdə stansiyalarda sərnişinlərin salfet və su alması üçün müasir aparatların quraşdırılması da istisna edilmir: ""İçərişəhər” və “Koroğlu stansiyalarında kitab və gül satışı yerləri var. Gələcəkdə digər stansiyalarda əsaslı təmir işləri aparılan zaman bu məsələ yenidən gündəmə gələ bilər. Yəni, stansiyalarda müvafiq yer olduğu təqdirdə, kitab satışı üçün yerlərin ayrılması nəzərdə tutulur. Amma bizim üçün ən əsası sərnişinlərin metro stansiyalarında gediş-gəlişinin maneəsiz təşkilidir. Ona görə də kitab satışı, o cümlədən sərnişinlərin salfet və su almaları üçün xüsusi aparatların metroda yerləşdirilməsi yalnız müvafiq yerlərin olmasından asılıdır”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.