banner
banner

Sosİal

ÜST: "Azərbaycanda ana ölümü 60 faiz azalıb"

ÜST: "Azərbaycanda ana ölümü 60 faiz azalıb"
Azərbaycanda son 25 il ərzində ana ölümü 60% azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Dünya Bankı və BMT-nin Əhali Fondu ilə əməkdaşlıq çərçivəsində hazırlanmış yeni hesabatında bildirilir.
Hesabata əsasən, bu göstərici MDB ölkələrindən Rusiyada 60 faiz, Ukraynada 47, Qazaxıstanda 84,6, Belarusda 88, Tacikistanda 70, Özbəkistanda 33,3 və Türkmənistanda 48,8 faizdir.
Belarusda bu göstərici Avstriya, İslandiya, Finlandiya, Polşa, İsveç və Çexiyada olduğu kimi çox aşağıdır - 100 min doğuş prosesinə 3-4 ölüm halı.
Ümumilikdə 1990-2015-ci illər dövründə dünyada ana ölümü 44 faiz azalıb. Lakin hər gün 800 qadın hələ də hamiləlik və doğuş ilə əlaqəli səbəblərdən dünyasını dəyişməkdədir. Ana ölümü hallarının 99%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.