Qazaxıstanda uşaqların olduğu yer və hərəkəti haqda valideynlərə məlumat verən mobil qurğu hazırlanıb.
Cia.az ictnews.az-a istinadən xəbər verir ki, gələn ilin fevralında sözügedən qurğu satışa çıxarılacaq. “Bizim həllimiz bazarda mövcud olan müvafiq qurğulardan fərqli olaraq, yalnız küçədə deyil, həm də bina, zirzəmi, ticarət mərkəzlərində uşağın olduğu yeri müəyyən edir” – “Mongoose” şirkətinin layihə meneceri İrina İmanasova “Kazinform” agentliyinə müsahibəsində deyib. Şirkətin şərəfinə adlandırılmış qurğu yığcam “GPS” treker formasındadır: ölçüsü və görünüşü ilə açarlar üçün breloku xatırladır. Qurğunun korpusu sukeçirməz və zərbəyə davamlı materialdan hazırlanıb. “Elektron dayə”elə yığılıb ki, özünə əlavə diqqət cəlb etmir. Mobil qurğu təxminən 20 gün avtonom işləyə bilir. “Kazinform” agentliyi yazır ki, “Mongoose” adlı qurğu uşağın hərəkət qrafikini yadda saxlaya bilir. Məsələn, uşaq həftənin iş günləri səhər saat 9-dan axşam 6-dək məktəbdə olur. GPS treker ənənəvi marşrutdan sapma qeydə aldıqda valideynlərin mobil telefonuna xəbərdarlıq göndərir. Yeri gəlmişkən, öncədən ödənilmiş rouminqə malik SİM kart sayəsində “Mongoose” qurğusu uşaq ölkənin sərhədlərini tərk etdikdə belə onun olduğu yer haqda məlumat verir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.