banner
banner

Sosİal

"Bu işdən böyük pul qazananları axtarmaq lazımdır"

"Bu işdən böyük pul qazananları axtarmaq lazımdır"
Küçələrdə hansısa xidmət və ya malı reklam edən vərəqələrin insanlara paylanılması reklam hesab edildiyindən vergi orqanları bununla bağlı qeydiyyat aparmalıdırlar.
Bunu Trend-ə Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev deyib.
Onun sözlərinə görə, həmin vərəqələrdə göstərilən məlumatlar əsasında reklam olunan malın satıldığı ünvanı müəyyənləşdirmək mümkündür: “Bunların qeydiyyatını vergi orqanları aparmalıdır. Bu işləri əsasən, gənclər görürlər. Onlar bu fəaliyyətə görə gənclərə müəyyən qədər faiz ödəyirlər. Gənc 10-15 manat qazanır, ancaq bu işdən böyük pul qazananları axtarmaq lazımdır”.
Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov isə Trend-ə deyib ki, reklam vərəqələrini paylayanlar qeyri-formal əmək bazarının iştirakçılarıdır. Bu işə cəlb olunanlar müqavilə olmadan əmək fəaliyyəti ilə məşğul olurlar: "Onlarla müqavilə bağlanılmır. Onlar bu işləri adətən, avtomobil nəqliyyatının intensiv hərəkət etdiyi yerlərdə görürlər. Bu işdə risklər də çoxdur. Çox şahidi olmuşam ki, vərəqələri paylayanlar özlərini avtomobilin altına atırlar. Sabah onların başına bir hadisə gələrsə, onlar formal olaraq, məhkəməyə müraciət edə bilərlər. Bununla nəyəsə nail ola bilərlər. Amma əmək münasibətləri rəsmi olmadığına görə, işəgötürənlər faktı çox asanlıqla inkar edə bilərlər. “Mən onu tanımıram, biz ona belə tapşırıq verməmişik” - deyərək vəziyyətdən çox asanlıqla çıxacaqlar".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.