banner
banner

Şou

Sənət dostları İlhamə Quiyevanın ziyarətində - foto

Sənət dostları İlhamə Quiyevanın ziyarətində -

Xalq artisti İlhamə Quliyeva səhhətində yaranan problemlə əlaqədar bir müddətdir xəstəxanadadır. 
Sənət dostları xalq artistini ziyarət ediblər. Xəstəxanada çəkilmiş fotonu sosial şəbəkədə müğənni Könül Kərimova paylaşıb. 
İfaçı fotoya “Bu gün dəyərli sənətkarımızı ziyarət etdik. Allah köməyində olsun” sözlərini yazıb. 
Qeyd edək ki, İ.Quliyeva daha əvvəlki açıqlamasında keçmiş köməkçisi Mehriban Bəylərqızının ona sui-qəsd etdiyini bildirib: 

“Xəstəxanaya gələndə çox ağır vəziyyətdə idim. Həkimlər mənə qulluq etdi, ayağa qaldırdı. Əsəblərim və şəkərim yoxlanılır. Qan təzyiqimi tənzimləyiblər. Əsəbdən, stresdən bu hala düşdüm. Son vaxtlar yaşadıqlarım mənə pis təsir etdi. Şərəfsiz insanların törətdiyi hadisələrin fəsadlarını yaşayıram. Keçmiş köməkçim Mehriban Bəylərqızı məni bu hala qoydu. Bir mürəbbə bişirib, soyuducuya qoymuşdu. Mən də bilmədən götürüb çay içdim. Ondan sonra bədənimdə səpkilər əmələ gəlməyə başladı. Mürəbbəyə nəsə qatmışdı. Qanımdan analiz götürüblər. Mürəbbəni də vermişik ki, tərkibi araşdırılsın, içinə nə qatıldığını öyrənək”. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.