Salyan şəhər sakini itkin düşüb. 26 yaşlı Elçin Mirqələm oğlu Qasımov noyabrın 11-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Cia.az xəbər verir ki, bu barədə virtualaz.org-a E.Qasımovun yaxınları məlumat verib.
Onların sözlərinə görə, Elçinin hər iki valideyni bir neçə il əvvəl xəstəlikdən, yeganə qardaşı isə avtomobil qəzasında dünyalarını dəyişdiyindən o, tənha yaşayırmış.
Bir neçə gün əvvəl ondan bir xəbər olmadığını görən yaxınları Elçinin evinə gedərək bir xəbər tutmaq istəyiblər. Həyət qapısı bağlı olduğundan qohumları hasardan aşaraq evə keçiblər. Bu zaman mənzilin işıqları yansa, elektrik sobası isə cərəyana qoşulmuş halda olsa da Elçin evdə olmayıb. Onun mobil telefonuna da zəng çatmır.
Elçin Qasımovun yaxınları onun itkin düşməsi ilə bağlı bu gün Salyan Rayon Polis Şöbəsinə müraciət ediblər. Polis araşdırmalara başlayıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.