banner
banner

Sosİal

İki dövlət qurumunun pul mübahisəsi - Sakinlər soyuqda qalıb

İki dövlət qurumunun pul mübahisəsi -

Noyabrın 15-dən Bakıda yaşayış binalarına verilməli olan istilik hələ də tam təchiz olunmayıb. Səbəb «Azəristiliktəchizat» Açıq Səhmdar Cəmiyyətinin «Azəriqaz» İstehsalat Birliyinə borcunun olmasıdır.

Cia.az xəbər verir ki, «Azəriqaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbiyev AzadlıqRadiosu-na bildirib ki, artıq bir çox qazanxanalara qaz verilib: «Ölkə ərazisində təbii qazın verilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Əhali tələbata uyğun mavi yanacaqla təmin olunur. O ki qaldı, qazanxanalara təbii qazın verilməsinə, bu istiqamətdə də aidiyyatı qurum tərəfindən birliyə müraciət olunub. Bəzi işlər gedir. Artıq bir çox sayda qazanxanaya tərəfimizdən təbii qazın açılışı təmin olunub. Bu istiqamətdə işlər davam etdirilir».

Problemin nə vaxt tamamilə həll olunacağına gəldikdə isə İbrahim Kəlbiyev «yaxın günlərdə» deməklə kifayətlənib:«Yaxın günlərdə həll olunacaq. Həmin qurumun pul borcu olduğuna görə məsələ bu gün də gündəmdədir. Nazirliklər, dövlət tərəfindən bu məsələyə baxılacaq. Problem yaxın günlərdə öz həllini tapacaq».

«Azəristiliktəchizat»in abonent və müştəri xidmətinin rəhbəri Rafiq Əliyev isə danışıqların davam etdirildiyini deyir: «Danışıqlar gedir. Yəqin problem bir-iki günə öz həllini tapacaq. Bir sıra qazanxanalarımıza artıq qaz verilir. Hər gün 50-60 qazanxananın qazı açılır. İndi bizim rəhbərliklə onların arasında danışıqlar gedir. Qalanlarını da qrafik üzrə açacaqlar. Problem yaxın günlərdə tam həll olunacaq».

Borca gəldikdə isə nə «Azəriqaz», nə də «Azəristiliktəchizat» məbləği açıqlamır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.