Həyət evlərinə kütləvi çıxarışlar nə vaxt veriləcək?- RƏSMİ AÇIQLAMA
Ölkə üzrə torpaqlar kadastr xəritələrinə uyğunlaşdırıldıqdan sonra həyət evlərinə çıxarışların verilməsi məsələsi müzakirə olunacaq.
Oxu.az xəbər verir ki, bunu jurnalistlərə bu gün keçirilən İşgüzar Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.
Onun sözlərinə görə, torpaqlar mühafizə zolaqlarına düşmürsə, həmin tikililər kənd təsərrüfatı, meşə təyinatlı torpaqlarda, yəni qadağan olunmuş ərazilərdə tikilməyibsə və infrastruktur altına düşmürsə, onların sənədləşdirilməsi barəsində qərar veriləcək.
“Qanunvericiliyə uyğun sənədləşdirmə həyata keçiriləcək”, - deyə R.Cəlilov bildirib.
Qeyd edək ki, komitə regionlar ilə yanaşı, artıq Bakının üç rayonunda da yeni tikililərə kütləvi çıxarışların verilməsinə başlayıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.