"Ebru Gündeş o vaxt balaca, zəif bir qız idi" - video
Bir neçə gün əvvəl təqdim olunan "Altın Kelebek" mükafatlandırma gecəsində Ebru Gündeş "ən yaxşı fantezi qadın ifaçısı" seçilib. Müğənniyə mükafatı Emel Sayın təqdim edib. O, Gündeşin səhnəyə addım atdığı ilk illər haqda danışıb: "19 "Altın Kelebek" almışam. Çox qürurluyam. Amma Ebrunun yeri məndə başqadır. 1992-ci ildə Şener Şenle "Muhabbet 92" muziklı ilə turnedə idik. Dedilər, "bir qız var, səsi çox gözəldir, bizimlə gəlsin". Ebru gəldi, baxdım balaca, çox zəif bir qızdır. Amma o qızdan bir səs çıxdı ki, qiyamət qopdu. Dedim, bir ulduz doğulur".
Ebru da "bugünkü səhnə həyatımda, buraya qədər gəlməyimdə çox əməyiniz var, haqqınızı halal edin" deyərək ustad ifaçıya təşəkkür edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.