"İşte benim stilim: Ünlüler"in ilk adı məlum oldu - foto
"İşte benim stilim"in növbəti buraxılışında məşhurlar yarışacaq.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aparıcılığını Öykü Serterin. münsifliyini isə Nur Yerlitaş, İvana Sert, Kemal Doğulu və Uğurkan Erezin etdiyi dəb yarışması yanvarda yeni mövsümə başlayacaq.
Bu dəfə tanınmamış modellərdən fərqli olaraq məşhurlar yarışacaq. Artıq "İşte benim stilim: Ünlüler"in ilk adı məlum olub: 2004-cü ildə Türkiyənin "best model"i seçilən Simge Tertemiz.
Modelliklə və aparıcılıqla məşğul olan Simgenin bacısı İnstaqramda birgə fotolarını paylaşaraq dəstək istəyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.