banner
banner

Sosİal

Bakının bəzi yollarında sürət həddi azaldıldı

Bakının bəzi yollarında sürət həddi azaldıldı

Bakıda müəyyən avtomobil yollarında maksimal hərəkət sürəti aşağı salınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, dünəndən etibarən sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda dəyişiklik edilib.

Belə ki, "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsində Prezident iqamətgahının qarşısına kimi yollarda hərəkət sürəti aşağı salınıb.

“Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Sürət həddinin azaldılmasına səbəb meteoroloji vəziyyətin, hava şəraitinin pisləşməsidir”, - deyə NİİM-dən bildirilib.

Əlavə edilib ki, hava şəraiti normallaşacağı təqdirdə yollarda hərəkət sürəti əvvəlki həddə çatdırılacaq.

Qeyd edək ki, aşağı hərəkət sürəti olan yerlərdə dəyişiklik edilməyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.